TikTok bu ölkədə tamamilə - QADAĞAN EDİLİR

TikTok bu ölkədə tamamilə - QADAĞAN EDİLİR Dünya
ABŞ-ın Montana ştatında TikTokdan istifadə rəsmi olaraq qadağan edilə bilər.

Nesw24.az xəbər verir ki, əgər ştatın qubernatoru qərarı təsdiqləsə, Montana TikToku qadağan edən ilk ABŞ ştatı olacaq.

Xatırladaq ki, ilk dəfə ABŞ Senatı ötən ilin dekabrında təhlükəsizliyi təmin etmək məqsədilə hökumət işçilərinə TikToku hökumətə məxsus cihazlara endirməyi qadağan etmişdi.

Qumral Əliyeva