Tokayev Silahlı Qüvvələrin quru qoşunlarının rəhbərini - DƏYİŞDİ
Dünya
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asan Jusupovu ölkənin quru qoşunlarının yeni baş komandanı təyin edib.
News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Asan Kuanış oğlu Jusupov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin quru qoşunlarının baş komandanı təyin edilib”, - məlumatda deyilir.
2020-ci ilin noyabr ayından bu vəzifədə çalışan Talqat Koybakov Tokayevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Jusupov bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.