“Torpaqlarımızı vermək istəsəydik, bunu hələ 2022-ci ildə edərdik” - Zelenski

“Torpaqlarımızı vermək istəsəydik, bunu hələ 2022-ci ildə edərdik” - Zelenski Dünya

“Torpaqlarımızı vermək istəsəydik, bunu hələ 2022-ci ildə edərdik”.

News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.

“Bilirsiniz, mən həmişə demişəm ki, təcavüzkara torpaqlarımızı vermək istəsəydik, bunu hələ 2022-ci ildə edə bilərdik. Lakin biz ölkəmizin evlərini, torpaqlarını, ailələrini və ən əsası, müstəqilliyini və azadlığını qorumağa qətiyyətlə hazır olduğunu sübut etdik. Müharibə illərində bunu dəfələrlə nümayiş etdirmişik və prinsiplərimizə sadiq qalırıq. Bəli, çətin olacaq, çox çətin. Bəlkə də bu, ən ağır qışımız olacaq”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, ərazi məsələsinə sülh sazişinin sırf texniki tərkib hissəsi kimi yanaşmaq olmaz. Bu məsələ ukraynalılar üçün suverenlik, təhlükəsizlik və dövlətin gələcəyi ilə bağlıdır. O əlavə edib ki, istənilən kompromis Ukrayna xalqının mövqeyi nəzərə alınmaqla əldə olunmalıdır.