Toyda dəhşətli partlayış - 11 ÖLÜ

Toyda dəhşətli partlayış - 11 ÖLÜ Dünya
Toyda baş verən partlayış nəticəsində 11 nəfər ölüb. 

News24.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə İranın Sakkez şəhərində yerləşən toy məkanlarından birində baş verib. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Yaralanan 34 nəfər isə xəstəxanaya yerləşdirlib. Hadisəyə səbəb qaz balonun partlaması olub.