Tramp: ABŞ Çinlə uzunmüddətli ticarət razılaşmasına ümid edir
Dünya
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinlə davamlı və uzunömürlü ticarət razılaşması əldə etməyə ümid etdiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Çinlə razılaşma əla olacaq və uzunmüddətli olacaq”, - o deyib.
Tramp həmçinin Çin lideri Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb və bu əlaqələrin gələcəkdə də davam edəcəyinə inandığını qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, yaxın zamanda soya ixracı məsələsinin də həll ediləcəyini və bunun Amerika fermerlərinin maraqlarına xidmət edəcəyini gözləyir.