Tramp bu dəfə süni intellektin adını dəyişdi

Tramp bu dəfə süni intellektin adını dəyişdi Dünya

ABŞ prezidenti Donald Tramp süni intellektlə bağlı sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, ABŞ federal hökumətinin terminologiyasında “süni intellekt” ifadəsi “superintellekt” sözü ilə əvəzlənəcək.

Müvafiq sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Sərəncamda qeyd olunub ki, federal hökumətin istifadə etdiyi terminologiya bu texnologiyaların transformativ gücünü və ölkə əhalisi üçün açdığı geniş imkanları əks etdirməlidir.

Tramp bildirib ki, yeni ad bu sistemlərin gələcək imkanlarını, gizli potensialını və sürətlə inkişaf edən funksiyalarını daha dəqiq ifadə edir.

Sənədə əsasən, bütün aidiyyəti nazirlik və dövlət qurumlarına qanunvericiliyin tələbləri çərçivəsində yeni termindən rəsmi məktublarda, ictimai açıqlamalarda, internet resurslarında, analitik hesabatlarda və digər materiallarda istifadə etmək tapşırılıb.

Bununla yanaşı, mövcud qanun və normativ-hüquqi aktlarda “süni intellekt” ifadəsi olduğu kimi qala bilər və onların dəyişdirilməsi tələb olunmur.