Tramp Fələstinin tanınmasını “axmaqlıq” adlandırdı
Dünya
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahuyla birgə keçirdiyi mətbuat konfransında bəzi ölkələrin Fələstini tanımasını “axmaqlıq” adlandırıb.
News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bir neçə ölkə, bildiyiniz kimi, axmaqlıq edərək Fələstin dövlətini tanıyıb. Onların arasında bizim bəzi avropalı dostlarımız, müttəfiqlərimiz, yaxşı insanlar var. Düşünürəm ki, onlar bunu sadəcə artıq onilliklərdir davam edən vəziyyətdən yorulduqları üçün edirlər”, – deyə Tramp bildirib.
Tədbir zamanı Tramp həmçinin Qəzza zolağı ilə bağlı sülh planına dair HƏMAS-dan müsbət cavab gözlədiyini deyib. O xəbərdarlıq edib ki, əgər HƏMAS ABŞ-ın təklifini rədd edərsə, İsrail Vaşinqtonun “tam dəstəyinə” arxalana bilər.
Sentyabrın 29-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Ruslan Jeldibay öz “Telegram” kanalında Tokayevlə Donald Trampın birgə fotosunu paylaşaraq, iki lider arasında görüşün baş tutmadığı barədə yayılan şayiələri təkzib edib.