Tramp həbsxanada başına gələnlərdən DANIŞDI: - “İsrar etdilər, mən də razılaşdım”

Tramp həbsxanada başına gələnlərdən DANIŞDI: - “İsrar etdilər, mən də razılaşdım” Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatındakı həbsxanada foto çəkiliş prosedurundan danışıb.

News24.az xəbər verir ki, “Fox News Digital” telekanalına müsahibə verən sabiq prezident həbsxanadakı prosedurdan şikayətlənib.

“Onlar şəkil çəkdirməkdə israr etdilər, mən də razılaşdım. Bu xoşagəlməz hissdir, xüsusən də heç bir səhv etmədiyiniz zaman”, - deyə Tramp qeyd edib.

“Məhkəmə Vaşinqtondan, Ədliyyə Nazirliyindən və “fırıldaqçı” Co Baydendən keçir. ABŞ-da heç vaxt belə bir şey baş verməyib”, - Ağ Evin keçmiş rəhbəri gileylənib.

Akqabay