Tramp Hörmüz boğazını "Tramp boğazı" etdi - Foto
Dünya
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində “Hörmüz boğazı”nın “Tramp boğazı” adlandırıldığı bir şəkil paylaşıb.
News24.az xəbər verir ki, şəkildə Fars körfəzi və Oman körfəzi xəritəsi göstərilir.
Onların arasında yerləşən Hörmüz boğazı “Tramp boğazı” kimi qeyd olunub və oradan neft tankerlərinin keçdiyi təsvir edilib.
Qeyd edək ki, bundan əvvəl Tramp bu boğazın öz adı ilə adlandırılmasını ciddi şəkildə təklif edib, lakin bu ideya qəbul olunmayıb.
O, “Fox Business” kanalına verdiyi müsahibədə bu təşəbbüsün dəstəklənməməsindən təəssüf etdiyini bildirib.