Tramp: "İran tam məğlubiyyətə uğrayıb, razılaşma istəyir"

Tramp: "İran tam məğlubiyyətə uğrayıb, razılaşma istəyir" Dünya

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran tam məğlubiyyətə uğrayıb və razılaşma bağlamaq istəyir.

News24.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Saxta xəbər mediası ABŞ Silahlı Qüvvələrinin İranla necə uğurla mübarizə apardığını deməyi sevmir. İran tam məğlub olub və razılaşma istəyir. Amma bu mənim razılaşacağım bir razılaşma deyil!”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan etibarən İran ərazisinə hücumlar həyata keçirir. Hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei və ölkənin digər yüksək vəzifəli şəxslərinin də həlak olduğu bildirilib.