Tramp İranda müharibəni bitirir - Vaxt açıqlandı

Tramp İranda müharibəni bitirir - Vaxt açıqlandı Dünya

ABŞ prezidenti Donald Tramp İranda davam edən hərbi əməliyyatların tezliklə yekunlaşacağını bəyan edib.

News24.az xəbər verir ki, Ağ Ev rəhbəri müharibənin maksimum iki-üç həftə ərzində yekunlaşacağını açıqlayıb. Administrasiyadan verilən məlumata görə, prezident çərşənbə günü axşam saatlarında İranla bağlı mühüm qərarları açıqlamaq üçün xalqa müraciət edəcək.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar münaqişəni təxminən iki həftə, bəlkə də bir neçə gün daha artıq bir müddətdə tamamlamaq niyyətindədir:

“Biz onların malik olduğu hər şeyi məhv etmək istəyirik”, - deyə o vurğulayıb.

Prezident qeyd edib ki, ABŞ qüvvələri regionu yalnız bir halda tərk edəcək:

“İranın uzun müddətə "daş dövrünə" qayıtdığına və nüvə silahı yarada bilməyəcəyinə tam əmin olduğumuz zaman oradan çıxacağıq”.

Tramp əlavə edib ki, rəsmi Tehranla hər hansı razılaşmanın əldə olunması prinsipial məsələ deyil:

“Razılaşma əldə edəcəyik ya yox, bunun heç bir fərqi yoxdur”.

Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu da İsrailin Tehrana qarşı hərbi kampaniyasını qətiyyətlə davam etdirəcəyini bəyan edib.