Tramp İranda rejim dəyişikliyinə işarə etdi

Tramp İranda rejim dəyişikliyinə işarə etdi Dünya

Donald Tramp İranda mümkün rejim dəyişikliyini “ən yaxşı nəticə” kimi qiymətləndirib.

News24.az xəbər verir ki, o, Yaxın Şərqdə yaxın gələcəkdə “böyük bir gücün” ortaya çıxa biləcəyini bildirib.

Açıqlama Pentaqonun bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərməsi fonunda verilib. Tramp razılaşma əldə olunmasa, hərbi variantın mümkün olduğunu da qeyd edib.

İran isə sanksiyaların ləğvi qarşılığında nüvə proqramına məhdudiyyətləri müzakirə etməyə hazır olduğunu bildirsə də, raket proqramının danışıqlara daxil edilməsinə qarşı çıxır.