Tramp İranla bağlı dəhşətli əməliyyatı açıqladı

Tramp İranla bağlı dəhşətli əməliyyatı açıqladı Dünya

“Biz İranı bir gün ərzində tamamilə məhv edə bilərik”.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Bircə saat ərzində onların bütün enerji sistemini sıradan çıxara bilərdik. Lakin bu, çox ciddi məsələdir”, — D.Tramp vurğulayıb.

ABŞ lideri bildirib ki, İran yenidən danışıqlar masasına qayıdacaq və Vaşinqtonun bütün tələblərini qəbul edəcək.

Qeyd edək ki, İslamabadda baş tutan ABŞ-İran danışıqları nəticəsiz olub.

Xatırladaq ki, müharibənin son günü D.Tramp İranı enerji infrastrukturunu tam məhv etmək və daha ölkə ərazisinə dağıdıcı zərbələr endirməklə hədələmişdi./globalinfo.az