Tramp kralla görüşdə protokol qaydalarını belə pozdu - Video
Dünya
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzın çiyninə vuraraq protokolu pozub.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Tramp yaxınlıq əlaməti olaraq kralın çiyninə vurdu və bununla da kral protokolunu pozdu. Yazılmamış qaydaya görə, kral ailəsinin üzvləri ilə heç vaxt fiziki təmas etməməlisiniz”, — deyə nəşrdə bildirilib.
Bədən dili üzrə ekspert Cudi Ceymsin sözlərinə görə, bu jest siyasi xarakter daşıya bilər.
Bundan əlavə, bu toxunuş Tramp tərəfindən aktiv, xüsusi dostluğun ilk real jesti kimi qiymətləndirilib.