Tramp: Maduro və həyat yoldaşı ələ keçirildi

Tramp: Maduro və həyat yoldaşı ələ keçirildi Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən hadisələrlə bağlı ilk açıqlamasını verib.

News24.az-ın məlumatına görə, Tramp bildirib ki, ABŞ Venesuelaya qarşı genişmiqyaslı əməliyyat həyata keçirib və Prezident Nikolas Maduro ilə həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.

Açıqlamaya görə, əməliyyat ABŞ hüquq-mühafizə orqanlarının iştirakı ilə icra olunub. ABŞ mediası Maduro və həyat yoldaşının Nyu-Yorka gətiriləcəyini iddia edib.

Əməliyyatın detalları hələlik açıqlanmayıb.