Tramp: Meksikada quru əməliyyatına başlayacağıq
Dünya
ABŞ prezidenti Donald Tramp narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Meksikada quru əməliyyatlarına başlamağı planlaşdırdıqlarını açıqlayıb.
News24.az-ın məlumatına görə, Fox News-a müsahibəsində Tramp bildirib ki, ABŞ ordusu dəniz yolu ilə narkotik daşınmalarının 97 faizinin qarşısını alıb və növbəti mərhələdə kartellərə qarşı qurudan müdaxilə ediləcək.
ABŞ prezidenti Meksikadakı vəziyyəti “çox ciddi” adlandıraraq, ölkədə real nəzarətin narkotik kartellərinin əlində olduğunu iddia edib. Trampın bu açıqlaması Meksikanın suverenliyi və mümkün hərbi müdaxilə ilə bağlı müzakirələrə səbəb olub.