Tramp mübahisəsi faciəyə çevrildi: Ata 23 yaşlı qızını güllələdi
Dünya
ABŞ-nin Texas ştatında 23 yaşlı britaniyalı Lüsi Harrison atası tərəfindən güllələnərək öldürülüb.
News24.az xəbər verir ki, hadisə 10 yanvar 2025-ci ildə Dallas yaxınlığındakı Prosper şəhərində baş verib. İş üzrə məhkəmə prosesi İngiltərənin Çester şəhərində başlayıb.
"BBC"nin məlumatına görə, məhkəmədə ifadə verən Lusinin sevgilisi Sem Littler bildirib ki, hadisə günü Lüsi atası ilə Donald Trampla bağlı ciddi mübahisə edib. Onun sözlərinə görə, mübahisədən az sonra atası onu yataq otağına aparıb və qısa müddət sonra silah səsi eşidilib. Daha sonra Lusinin öldüyü məlum olub.