Tramp özbək ustaların işinə heyran qaldı
Dünya
ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevə və özbək ustalarına təşəkkür edib.
News24.az-ın məlumatına görə, Tramp Vaşinqtonda ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə inşa edilən taxta pavilyonlara görə özbək tərəfinə minnətdarlığını bildirib.
Amerika lideri qeyd edib ki, özbək sənətkarları ailələrini bir neçə ay müddətinə Özbəkistanda qoyaraq ABŞ-a gəliblər və sərt hava şəraitində 200 illik dağ qozu ağacından pavilyonlar hazırlayıblar.
“Onlar əsl istedada malik idilər”, – deyə Tramp yazıb.
ABŞ prezidenti pavilyonları ictimaiyyətə hədiyyə edəcəyini də açıqlayıb. Taxta tikililərin Vaşinqtonun mərkəzində, Cefferson Memorialının yaxınlığında yerləşdirilməsi planlaşdırılır. Tramp onların gələcəkdə evlilik təklifləri üçün məşhur məkana çevriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, mart ayında Donald Tramp Şavkat Mirziyoyevə məktub göndərərək onun Sülh Şurasında iştirakına görə təşəkkür etmiş, Özbəkistan xalqına xeyir-dua diləmişdi.