Tramp Qrenlandiyanı satın almaq istəyir

Tramp Qrenlandiyanı satın almaq istəyir Dünya

“Vaşinqton üçün prioritet variant Qrenlandiyanın hərbi medaxilə ilə deyil, pul ilə satın alınmasıdır”.

News24.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Tramp administrasiyasının sərt ritorikası Danimarkaya təzyiq göstərərək danışıqları başlatmaq məqsədi daşıyır. Bu, hərbi işğala hazırlaşmaq üçün deyil”, - deyə qəzet Rubionun ABŞ Konqresinin üzvləri üçün keçirilmiş qapalı brifinqdəki çıxışına istinad edib.

Görüşdə həmçinin ABŞ Müdafiə naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edib. (The Wall Street Journa)