Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Dünya
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatları ilə bağlı tətbiq edilən bəzi sanksiyaların müddətini daha bir il uzadıb.
News24.az xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu federal reyestrdə yer alıb.
Sənəddə qeyd olunur ki, 14024 saylı fərman əsasında tətbiq edilən sanksiyalarla bağlı elan edilmiş fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da qüvvədə saxlanılacaq.