Tramp sərvətinin 15 faizini itirəcək - MƏHKƏMƏ
Dünya
ABŞ-nin 45-ci prezidenti Donald Tramp yazıçı Cin Kerrola böhtan atdığı üçün 83,3 milyon dollar ödəyəcək.
RTV-nin məlumatına görə, bu barədə Federal Məhkəmə Trampın apelyasiya şikayəti əsasında qərar çıxarıb.
Bildirilib ki, sənəddə ödənişin üç gün ərzində həyata keçirilməli olduğu qeyd edilib. Hakim ödənişin yanvarın 26-da həyata keçirilməli olduğunu qeyd edib. Qərarda gecikmənin də nəzərə alınmasının vacibliyi göstərilib.
Qeyd edək ki, bu məbləğ keçmiş Ağ Ev rəhbərinin malik olduğu sərvətin 15 faizini təşkil edir.
Fərid Azəri