Tramp Si Cinpinlə telefonla danışdı
Dünya
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığı zamanı Ukrayna və İran böhranını müzakirə edib.
News24.az xəbər verir ki, həmçinin görüş zamanı ticarət məsələləri, hərbi mövzular və ABŞ Prezidentinin apreldə Çinə planlaşdırılan səfəri barədə də danışılıb.
Tramp öz münasibətlərini Si Cinpinlə “istisnasız yaxşı” adlandırıb və bu əlaqələrin həm iki ölkə, həm də qlobal siyasət üçün əhəmiyyətli olduğunu vurğulayıb.