Tramp Venesuela neftini buna görə istəyir
Dünya
ABŞ Venesuelanın nefti ilə bağlı uzun illər irəliyə hesablanmış nəzarət planı hazırlayır.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən xəbər yayıb.
“Prezident Donald Tramp və onun müşavirləri Venesuelanın neft sənayesi üzərində uzun illər dominant nəzarətin qurulmasına yönəlmiş genişmiqyaslı təşəbbüs planlaşdırırlar”, - deyə nəşrdə qeyd olunub.
Qəzetin məlumatına görə, Donald Tramp hesab edir ki, bu səylər neftin qiymətini onun üçün arzuolunan səviyyəyə yəni, bir barel üçün 50 dollara endirməyə kömək edəcək. Eyni zamanda, ABŞ Venesueladan Rusiya və Çini sıxışdırıb çıxarmağı planlaşdırır.