Trampdan İrana sərt xəbərdarlıq: Növbəti hədəfləri açıqladı
Dünya
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirəcəyi ilə bağlı növbəti sərt xəbərdarlığını edib.
News24.az xəbər verir ki, Tramp öz sosial media hesabında paylaşdığı mesajla həm Tehran rəhbərliyinə, həm də dünya ictimaiyyətinə ciddi siqnal göndərib.
Tramp qeyd edib ki, ABŞ ordusunun indiyədək həyata keçirdiyi əməliyyatlar İranın hərbi potensialını zəiflətməyə yönəlsə də, növbəti mərhələ ölkənin mülki-strateji infrastrukturunu əhatə edəcək. O, İran rəhbərliyini təcili şəkildə masaya oturmağa və razılaşmaya gəlməyə çağırıb:
"Növbəti hədəflərimiz körpülər və elektrik stansiyaları olacaq. İranı qaranlığa və izolyasiyaya qərq etmədən qərar verin".
Xatırladaq ki, dünən Tehranla Kərəc şəhərlərini birləşdirən strateji əhəmiyyətli körpüyə raket zərbəsi endirilib. Hücum nəticəsində azı 8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.