Trampdan “Qrenlandiya” addımı

Trampdan “Qrenlandiya” addımı Dünya

Donald Tramp ABŞ-nin “Qrenlandiya”ya xəstəxana gəmisi göndərəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Tramp sosial şəbəkədə gəminin artıq yolda olduğunu yazıb və Jeff Landry ilə birlikdə işlədiklərini qeyd edib.

O, bu addımın “xəstələrə xidmət göstərmək” məqsədi daşıdığını bildirib. Qrenlandiya sakinləri isə daha əvvəl bu siyasətə qarşı çıxaraq, Danimarkanın sosial sistemi çərçivəsində pulsuz tibbi xidmət aldıqlarını vurğulayıblar.

Tramp həmçinin “NATO”nun baş katibi Mark Rutte ilə Qrenlandiya üzrə “çərçivə sazişi” barədə danışdıqlarını bildirib. O, əvvəl elan etdiyi bəzi Avropa ölkələrinə tətbiq olunacaq tarifləri isə müvəqqəti dayandırdığını açıqlayıb.