Trampdan İsrailə gözlənilməz ÇAĞIRIŞ
Dünya
ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqu davam edən məhkəmə prosesləri fonunda baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat yayıb.
Bildirilib ki, Tramp Hersoqa müraciət edərək Netanyahunun əfv olunmasını təklif edib.
ABŞ prezidenti Netanyahunu “müharibə dövrünün baş naziri” kimi xarakterizə edib.