Trampdan Şükran Gününə özəl jest - Fotolar
Dünya
ABŞ Prezidenti Donald Tramp Şükran Günü ənənəsini davam etdirərək iki hind quşu– Vaddle və Qobblu rəsmən bağışlayıb.
News24.az xəbər verir ki, Tramp quşları Ağ Evin gül bağına gətirilən qırmızı xalçada qarşılayıb, onlarla zarafat edib və kürsüyə çıxarıb. Prezident Qobblu rəsmi şəkildə bağışladığını elan edərək onun bayram süfrəsinə çevrilməyəcəyini bildirib.
Tramp həmçinin ötən il xilas edilən Peç və Blosom adlı hind quşlarının da bağışlandığını vurğulayıb. O, əvvəlki rəhbərliyin imzaladığı sənədin qüvvədə olmadığını iddia edib.
Şükran Günü ərəfəsində hind quşlarının prezident tərəfindən “bağışlanması” ənənəsinin rəsmi forması 1989-cu ildə Corc H. V. Buş dövründən başlayıb. Vaddle və Qobblu ömrünün qalan hissəsini Şimali Karolinada yerləşən dövlət təsərrüfatında keçirəcək.