Trampdan təklif: Hörmüzə hərbi gəmilər göndərilir?

Trampdan təklif: Hörmüzə hərbi gəmilər göndərilir? Dünya

Bir sıra dövlətlər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərməyə planlaşdırır.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri bu addıma Birləşmiş Krallıq, Çin, Cənubi Koreya, Fransa və Yaponiyanı da qoşulmağa çağırıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının böyük hissəsinin keçdiyi əsas strateji dəniz yollarından biri hesab olunur və burada təhlükəsizlik məsələləri tez-tez beynəlxalq gündəmdə müzakirə edilir.