Trampın oğlu prezident olmaq istəyir
Dünya
ABŞ prezidentinin oğlu Erik Tramp gələcəkdə prezidentliyə namizədliyini irəli sürmək imkanını istisna etməyib.
News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən demirəm ki, siyasətdə iştirak edə bilmərəm. Düşünürəm ki, bacara bilərəm. Mən bu ölkənin əhval-ruhiyyəsini başa düşürəm. Ona görə də heç vaxt heç vaxt deməyin", - deyə o qeyd edib.