Trampın yeni hədəfi bu ölkədir
Dünya
ABŞ Silahlı Qüvvələri Latın Amerikasında, xüsusilə də Meksikada narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq.
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz quru əməliyyatına başlamağı planlaşdırırıq”, - deyə Amerika lideri qeyd edib.
Trampın sözlərinə görə, kartellər faktiki olaraq Meksikanı idarə edir. O bildirib ki, bu vəziyyəti kədərlə izləyir.
Qeyd edək ki, yanvarın 3-də Venesuelada ölkə prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatdan az sonra Tramp mətbuat konfransında bir sıra Latın Amerikası ölkələrini hədələyib.