Trampla Putinin görüşdüyü şəhərə ayı hücumu - Xəsarət alanlar var

Trampla Putinin görüşdüyü şəhərə ayı hücumu - Xəsarət alanlar var Dünya

Ayı ABŞ hərbçilərinə hücum edib.

News24.az xəbər verir ki, hadisə ötən ilin yayında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında üzbəüz danışıqların keçirildiyi Ankoric şəhərində baş verib.

Məlumata görə, hadisə cümə axşamı hərbçilər Arktik Vellidə ərazi üzrə orientasiya təlimində iştirak edərkən baş verib.

Hücuma məruz qalan əsgərlər xəsarət alıblar. Lakin onların vəziyyətinin necə olduğu açıqlanmayıb.

Hərbçilər vəhşi heyvandan qorunmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. / Associated Press/