Türkiyədə məktəbliləri aparan avtobus qəzaya düşdü, yaralılar var – FOTOLAR
Dünya
Türkiyədə məktəb avtobusu yol qəzasına uğrayıb.
News24.az xəbər verir ki, hadisə Alanyada baş verib.
İlkin məlumata görə, idarəetmədən çıxan avtobus yolun kənarındakı bağçaya aşıb. 6 nəfər şagird xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbi araşdırılır. (Anadolu)