Türkiyə–İran sərhədində sərnişin keçidləri dayandırıldı
Dünya
Türkiyə İranla üç gömrük-keçid məntəqəsində sərnişin keçidlərini dayandırıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.
Nazir bildirib ki, Türkiyə–İran sərhədində yerləşən gömrük-keçid məntəqələrində hahnsısa fövqəladə vəziyyət yoxdur.
“Üç gömrük-keçid məntəqəsinin hər birində gündəlik sərnişin keçidləri qarşılıqlı şəkildə dayandırılıb. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkəsinə girişinə icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə girişinə icazə veririk”, – deyə Bolat qeyd edib. (CNN)