Türkiyədə turizm mövsümü bitməyib

Türkiyədə turizm mövsümü bitməyib Dünya

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, ölkədə COVID-19 səbəbiylə turizm mövsümünün erkən başa çatması ilə bağlı məlumatları təkzib edib. 

Türkiyə hökuməti daha öncə ölkədə COVID-19-un yeni "Mu" növünə iki yoluxma halının qeydə alındığını bildirmişdi.

Bununla yanaşı, bir sıra KİV-lər Türkiyənin "qırmızı" siyahıya daxil olan ölkələr sırasına daxil olması üzündən turist axınının azaldığını və bu səbəbdən də mövsümün erkən başa çatacağını qeyd etmişdilər.  Səfir isə bu xəbərlərin doğru olmadığını deyib. 

News24.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, "Türkiyədə turizm mövsümünün erkən sona çatması və turist mərkəzlərindəki otellərin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil" Ölkəmizdə turizm mövsümü davam edir və otellərimiz Türkiyəyə səfər edəcək rusiyalı qonaqları qəbul etməyə hazırdır" deyib.