Türkiyə bu halda Ukraynaya hərbçilər yollaya bilər
Dünya
“Könüllülər koalisiyası” çərçivəsində Türkiyənin sülhməramlı kontingentinin Ukraynaya göndərilməsi yalnız atəşkəsin təmin olunması və koalisiyaya daxil olan hər bir ölkənin missiyasının dəqiq müəyyənləşdirilməsi halında mümkündür.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibədə davamlı atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır. Bu çərçivədə biz “könüllülər koalisiyası”nın fəaliyyətində fəal iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələr tərkibində Ukraynaya qoşun göndərməsi üçün əvvəlcə atəşkəs təmin edilməli, daha sonra isə dəqiq missiya müəyyənləşdirilməli və hər bir ölkənin hansı həcmdə töhfə verəcəyi aydınlaşdırılmalıdır”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.