Türkiyə bu ölkənin vətəndaşları üçün viza rejimini bərpa etdi
Dünya
Tacikistan vətəndaşları artıq Türkiyəyə vizasız daxil ola bilməyəcəklər.
News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan fərman imzalyıb.
“Resmi qazete”də dərc olunan fərmanda deyilir:
“Ümumi pasportla Türkiyəyə daxil olan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi qərara alınıb”.
Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.