Türkiyə əsgəri şəhid oldu

Türkiyə əsgəri şəhid oldu Dünya


İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçu qruplaşmanın üzvlərinin hücumu nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, 4 əsgər yaralanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 6 terrorçu zərərsizləşdirilib, bölgədə əməliyyatlar davam edir.

Qeyd olunub ki, Türkiyə ordusunun yaralanan əsgərləri dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.