Türkiyə hücuma hazırlaşan 8 terrorçunu zərərsizləşdirdi

Türkiyə hücuma hazırlaşan 8 terrorçunu zərərsizləşdirdi Dünya
Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Avaşin-Basyandan hərbi bazalara hücuma hazırlaşan 8 terrorçunu zərərsizləşdirib.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. 8 nəfər PKK-lı hava əməliyyatı ilə məhv edilib.
Terrorçuların bölgədəki sığınacağı, silah-sursat anbarı da dağıdılıb.