Türkiyə koronavirusun pik həddini - GERİDƏ QOYDU

Türkiyə koronavirusun pik həddini - GERİDƏ QOYDU Dünya
Türkiyədə koronavirusun pik həddi geridə qalıb.

News24.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Nazir qeyd edib ki, hazırda virusdan sağalanların sayı yoluxanlardan 2 dəfə çoxdur. F.Qoca vurğulayıb ki, Türkiyə koronavirusdan ölənlərə görə Avropada ən  aşağı pillədədir. Nazir eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar ölkədəki karantin rejiminin may ayının sosuna qədər davam edəcəyi təqdirdə yeni yoluxmaların olmayacağını deyib.