Türkiyə maska istehsal edəcək
Dünya
Türkiyədə əhalinin koronavirusdan qoruna bilməsi üçün gündəlik maska istehsalını 1 milyona qədər artırıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mustafa Varank Maşın və Kimya Sənayesi Korporasiyasının maska fabrikinə səfəri zamanı deyib.
Nazirin verdiyi məlumatlara görə, Türkiyənin gündə 1 milyon tək istifadəlik maska istehsal etmək imkanı var. Ehtiyac olacağı halda istehsal 2 milyona çatdırıla bilər.