Türkiyə ordusu ilə terrorçular arasında atışma baş verib : yaralananlar var

Türkiyə ordusu ilə terrorçular arasında atışma baş verib : yaralananlar var Dünya
Türkiyənin Qaziantep vilayətində hərbçilərlə PKK/YPG terrorçuları arasında atışma baş verib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

Atışma nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.

Ordunun cavab zərbələri ilə altı terrorçu məhv edilib.