Türkiyə üç dənizdə hərbi təlimlərə başladı
Dünya
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
News24.az xəbər verir ki, təlimlər aprelin 3-dən 9-dək davam edəcək.
Məlumata əsasən, təlimlərə Quru Qoşunları, Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yanaşı, Sahil Mühafizəsindən ümumilikdə 15 000 hərbçi, 120 döyüş gəmisi və 50 hava gəmisi cəlb olunacaq.
Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələri komandanlıqlarının operativ komandanlıq və idarəetmə effektivliyini qiymətləndirmək, həmçinin təlimlərdə iştirak edən bölmələrin əməliyyat hazırlığı səviyyəsini artırmaqdır. (Oxu.az)