“Türkiyə və Gürcüstan təhlükədədir” – - Zelenskidən şok açıqlama

“Türkiyə və Gürcüstan təhlükədədir” – - Zelenskidən şok açıqlama Dünya
Ukraynanın prezidenti Volodimir Zelenski Türkiyənin təhlükə altında olduğunu açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəyə səbəb Zaporojya vilayətində yerləşən atom elektrik stansiyasıdır. 
Zelenski Rusiyanın atom elektrik stansiyasında və onun ətrafında təxribat xarakterli hərəkətlərini, stansiyanı qorumaq bəhanəsi ilə yaxınlıqdakı şəhərləri və ictimai yerləri bombalamağa davam etdiyini deyib.

Ukraynanın prezidenti həmçinin rus ordusunun silah-sursatının faktiki elektrik stansiyasının anbarlarında saxlanıldığını bildirib. 

O, Zaporoje AES-dən mümkün radiasiya sızmasının region ölkələri üçün təhlükə yaradacağını deyib:

“Əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymursa, təcili tədbir görülməlidir. Zaporoje AES-də baş verəcək radiasiya sızması Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, Gürcüstana və ucqar bölgələrdəki digər ölkələrə zərbə vuracaq. Hər şey küləyin istiqamətindən və gücündən asılıdır. Rusiyanın addımları fəlakətə gətirib çıxarsa, bunun nəticəsi səssiz qalanları vura bilər. Əgər dünya indi atom elektrik stansiyasını müdafiə etmək üçün güc və əzm nümayiş etdirməsə, bu, dünyanın məğlub olacağı anlamına gələcək”.

Zelenski Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT və 7 böyük dövlətin xarici işlər nazirlərinin Rusiyanı bu təhlükəli fəaliyyətini dayandırmağa çağırdıqlarını xatırladıb.

Vüsalə Babaşova