Türkiyə XİN İsrailin Suriyanı hədəf almasını pislədi
Dünya
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu pisləyib.
News24.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, sözügedən hücumlar bölgədə gərginliyin artmasına səbəb olur.
“İsrailin Suriyanın cənubuna hücumunu təhlükəli eskalasiya kimi qiymətləndirir və qətiyyətlə pisləyirik. Bu hücumlar beynəlxalq hüququ, eləcə də Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozur. Beynəlxalq ictimaiyyəti üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və 1974-cü il Qüvvələrin Ayrılması Sazişinin tətbiqini təmin etməyə çağırırıq. Türkiyə Suriyanın ərazi bütövlüyü, birliyi və sabitliyi naminə Suriya hökuməti və xalqı ilə həmrəyliyini bundan sonra da davam etdirəcək”, - bəyanatda deyilir. // APA