Türkiyədə 3 çoban qar uçqununun altında qaldı
Dünya
Türkiyədə 3 çoban qar uçqununa düşüb. Onlardan birinin meyiti tapılıb. Digər iki nəfərin axtarışları davam etdirilir.
News24.az xəbər verir ki, əldə olunan məlumatlara görə, sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.