Türkiyədə 4 milyardlıq əməliyyat

Türkiyədə 4 milyardlıq əməliyyat Dünya

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi qrupları tərəfindən Ədirnə, Mersin və Ağrı şəhərlərində keçirilən üç ayrı narkotik əməliyyatı zamanı ümumi dəyəri 4 milyard 617 milyon türk lirəsi olan narkotik maddələr müsadirə edilib.

News24.az xəbər verir ki, əməliyyatlar nəticəsində 886 kiloqram qurudulmuş marixuana, 440 min ədəd narkotik tərkibli həb və 200 kiloqram metamfetamin ələ keçirilib. Müsadirə olunan maddələrin məhv edildiyi bildirilib.

Qeyd olunub ki, Gömrük Mühafizəsi, Qaçaqmalçılıq və Kəşfiyyat bölmələri ixtisaslaşmış heyət, qabaqcıl texniki infrastruktur və risk təhlili sistemləri vasitəsilə qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir.