Türkiyədə Atatürkün heykəlinə hücum - İp bağlayıb... - VİDEO

Türkiyədə Atatürkün heykəlinə hücum - İp bağlayıb... - VİDEO Dünya
Türkiyədə Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Milli Mübarizəyə başlamaq üçün şəhərə ayaq basdığı yerdə qoyulan abidəni sökmək istəyiblər.

News24.az "Sözcü"yə istinadən xəbər verir ki, hadisə Samsunda baş verib. 

Həmin şəxslər Atatürkün abidəsinin ayaqlarına kəndir bağlayaraq avtomobillə dartılarağa cəhd ediblər. Bu zaman iplər qırılıb. İstəklərinə çata bilməyən şəxslər ərazini tərk ediblər.  

Polis heykələ hücum edən şəxs və ya şəxsləri tapmaq üçün təhlükəsizlik kameralarını araşdırıb.

Nəticədə 2 nəfər saxlanılıb.