Türkiyədə kilsəyə silahlı hücum olub, ölən var
Dünya
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.
Bu barədə News24.az report-a istinadən xəbər verir.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Hələlik təfərrüatlar açıqlanmır.