Türkiyədə məsciddə silahlı insident - Yaralılar var

Türkiyədə məsciddə silahlı insident - Yaralılar var Dünya
Türkiyənin Çorum əyalətində Yalçın G. adlı şəxs teravih namazından sonra məsciddən çıxan şəxslərə atəş açıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralananlar içərisində kəndin bələdiyyə sədri də olub. 

Hadisənin hansı səbəbdən törədilməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Cümhuriyyet/

Qumral Əliyeva