Türkiyədə müəllimlər ağ xalat geyinəcək - Yeni qayda

Türkiyədə müəllimlər ağ xalat geyinəcək - Yeni qayda Dünya

Türkiyədə Milli Təhsil Nazirliyinin 2026–2027-ci tədris ili ilə bağlı yaydığı ümumi göstərişlə müəllimlərin geyim qaydaları təyin edilib.

News24.az xəbər verir ki, sözügedən göstərişdə təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin və təhsil işçilərinin vəzifə başında olarkən peşənin nüfuzuna, təmsilçilik məsuliyyətinə və dövlət xidmətinin ciddiliyinə uyğun davranmalı, həmçinin ağ xalat geyinməli olduqları bildirilib.

Yeni qayda 14 sentyabr 2026-cı ildə başlayacaq tədris ili ili başlayarkən tətbiq olunacaq.

Müəllimlər Şurasında əməkdaşlara yeni qaydalar barədə məlumat veriləcək, prosesə isə vilayət və rayon milli təhsil idarələri tərəfindən nəzarət olunacaq.

Ümumi göstərişdə qanunvericiliyə zidd tətbiqlərə yol verilməyəcəyi də qeyd edilib.

Yeni qayda müəllimlərin vəzifə başında olarkən şagirdlər üçün peşəkar baxımdan nümunə olması və təhsil mühitində dövlət xidmətinin ciddiliyinin qorunması məqsədilə həyata keçirilir.

Geyim qaydasının təfərrüatları və praktik tətbiq forması isə yeni tədris ilinin başlanması ilə daha aydın olacaq.